Nardaranlı məhbusun anasından şok müraciət: Oğluma o qədər işgəncə veriblər ki…

Nardaran faciəsi zamanı ölüm xəbəri çıxan Abbas Hüseynin anası baş prokurora müraciət edib. Sənəddə bildirilir ki, Abbas Hüseyn əslində həbs olunub, uzun müddət vəkili ilə görüşünə icazə verilməyən məhbusa işgəncə verilməsi haqqında məlumatlar var.  Müraciətin mətnini təqdim edirik:

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova
Cənab Baş prokuror

Oğlum Hüseynov Abbas Məmmədbağır oğlu Nardaran hadisələri ilə bağlı 26 noyabr 2015-ci ildə həbs edilib. O vaxtdan oğlumdan xəbər ala bilmirik. Dəfələrlə bandotdelə getmişəm deyirlər burda yoxdur, kürdaxına türməsinə gedirəm orada yoxdur. Məndən heç bir pal paltar, sovqat qəbul olunmur.
İki gün öncə bizə məlumat verdilər ki, banditizm idjarəsində oğluma o qədər işgəncə veriblər ki, az qalıb ölsün. Cənab Qaralov, sizində övladlarınız var. Oğluma işgəncə verənlərində övladları var. Mən Allahıma sığınıram, oğluma və o biri uşaqlara nahaqdan terror damğasını vuranları uca tanrıya tapşırıram.
Allahın ədalətinə inanıram. Bu məmləkətdə ədalət axtarmağa gümanım qalmayıb. Mən övdalıdımı istəyirəm. Məni övladımla görüşdürün, mənə zəng eləsin, səsini eşidim. Bunu tələb edirəm.

Abbas Hüseynovun anası Rəhimə Hüseynova

bastainfo.com

Bir cavab yazın