PKK-çılar Rusiyada təlim alır, Gürcüstan, Ermənistan və İran üzərindən… – İDDİA

GünAz TV: Türkiyənin cənubi-şərqində keçirilən anti-terror əməliyyatında hər gün yeni detallar ortaya çıxır.
Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, Sur, Cizrə və Nusaybin mahallarının küçələrini döyüş meydanına çevirən PKK terrorçularının İrandan gəldiyi bəlli olub.

 

İddiaya görə, Şimali İraqdakı təlim düşərgələrinin yerlə-yeksan edilməsindən sonra PKK-çılar Rusiyaya qaçıblar. Burada kəşfiyyat agentlərindən təlim alan terrorçular Gürcüstan və Ermənistan üzərindən rahat şəkildə İrana keçir, daha sonra isə Ağrı və İğdır üzərindən Türkiyəyə daxil olurlar.

 

Sünən isə keçmiş “bordo bereli”, təhlükəsizlik və strategiya mütəxəssisi Mete Fayda Türkiyənin cənubi-şərqindəki vəziyyətlə bağlı şok bir iddia irəli sürüb. Onun sözlərinə görə, təhlükəsizlik güclərinin yalnız PKK ilə deyil, xaricdən gətirilən legionerlərlə də döyüşür.

 

Ondan əvvəl isə Türkiyə mediası yazıb ki, əməliyyatı həyata keçirən komandirlərin məlumatına görə, Surdakı PKK-çılara 2 rus və 7 alman tərəfindən texniki və taktiki dəstək verilir.

 

bastainfo.com

Bir cavab yazın