Brent markalı neftin qiyməti 30 dollara enib

Dünya birjalarında neftin ucuzlaşması davam edir.

 

APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,01 dollar azalaraq 30,54 dollar olub.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,89 dollar azalaraq 30,52 dollar təşkil edib.

 

Hər iki sortdan olan neftin qiyməti 2003-cü ilin minimumunu yeniləməkdə davam edir.

 

Brent markalı neftin qiymətinin 30 dollarlıq “psixoloji hədd” səviyyəsinə düşməsinə səbəb Şin birjasının çökməsidir

 

bastainfo.com

Bir cavab yazın