Generalın oğlunun vəzifəsi artırıldı

Azərbaycan Təhsil Nazirliyində (TN) kadr dəyişikliyi aparılıb.
Moderator.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov vəzifədən azad edilib. O, TN-nin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.
TN-nin İnsan resursları şöbəsinə isə həmin şöbənin müdir müavini İlham Nağıyev təyin edilib.
Bununla yanaşı, TN-də bəzi şöbələrin, sektorların adları dəyişdirilib, ilk peşə ixtisası təhsili ayrı sektor kimi yaradılıb.
TN-nin KİV və QHT-lərlə iş sektorunun yeni adı İctimiayyətlə əlaqələr sektoru olub.
Xatırladaq ki, İlham Nağıyev keçmiş MTN generalı, indi isə baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin müavini Əli Nağıyevin oğludur.
bastainfo.com

One thought on “Generalın oğlunun vəzifəsi artırıldı

Bir cavab yazın