Jurnalistlər məhkəmə qarşısında aksiya keçirdilər

Mülki geyimli polislər onlara hücum edərək plakatları və Rasim Əliyevin şəkillərini cırıblar
Ağır Cinayətlərə dair Məhkəmədə mərhum foto reportyor Rasim Əliyevin ölümündə günahlandırılanların prosesinə jurnalistlərin buraxılmaması etirazla qarşılanıb.
Media nümayəndələri hakimin qərarın etiraz olaraq piket keçirib. Jurnalistlər “Həkimlər cəzalandırılsın!”, “Həkimlər işə cəlb edilsin!”, “Jurnalist ölümlərinə son!” şüarları olan plakatlar və Rasim Əliyevin şəkillərini qaldırıblar.
Ancaq mülki geyimli polislər onlara hücum edərək plakatları və Rasim Əliyevin şəkillərini cırıb zibil yeşiyinə atıblar.///meydan.tv
1452590661_2

Bir cavab yazın