Lənkəranda aksiya. Sakinlər yolu bağladı – Foto, video

Bu gün Lənkəranın Liman qəsəbəsinin sakinləri bahalaşma əleyhinə aksiya keçirib.

Müsavatın Lənkəran şəhər təşkilatının sədri İman Əliyevin “Basta”ya verdiyi məlumata görə, qəsəbənin və qonşu kəndlərin bir qrup sakini Bakı-Astara yolunu bağlayıblar.

İman Əliyevin bildirdiyinə görə, sakinlər bahalaşmaya və işsizliyə etiraz edirlər: “Qiymətlər günü-gündən qalxır, işsizlik baş alıb gedir. Bu vəziyyətdə insanlar nə etməlidir?”

İman Əliyev  əməkdaşımızla danışarkən aksiya davam edirdi. Aksiya iştirakçılarının etiraz səsləri eşidilirdi. Bir neçə dəqiqə sonra əldə etdiyimiz məlumata görə əhalini ərazidən uzaqlaşdırmaq mümkün olmasa da, polis qüvvələri yolu aça biliblər.

 

Bastainfo.com.

Bir cavab yazın