Müsavatdan şikayət edənlər məhkəməni aldadıblar

Osman Kazımov: “Onları kimsə şikayətə təhrik edir”

“Rifahçıların Müsavat Partiyasına qarşı qaldırdığı uydurma məhkəmə prosesi sabah davam edəcək. Binəqədi rayon məhkəməsi işi qanunsuz olaraq icraata qəbul edib. Məhkəmənin ilkin baxış prosesində iştirakımız təmin olunmamaqla hüquqlarımız kobud surətdə pozulub. Məhkəmə müddətin keçirilməsi ilə əlaqədar iddianı icraata qəbul etməməli olduğu halda icraata qəbul edib”. – Bu sözləri Müsavat başqanınlın müavini, tanınmış vəkil Osman Kazımov feysbuk səhifəsində yazıb.

Osman Kazımov qeyd edib ki, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 5-ci maddəsinə əsasən hüququ pozulan şəxs məhkəməyə belə qərar qəbul olunduqdan sonra 1 ay müddətinə müraciət edə bilər. Eyni qayda vətəndaş yuxarı orqana şikayət etdikdə və şikayətinə cavab verildikdə də tətbiq olunur.

“Müsavat Partiyasının qurultayı 27.09.2014-cü il tarixdə keçirilmiş məhkəməyə müraciət isə 27.10.2015-ci il tarixdə yəni 1 il 1 ay sonra edilmişdir. Şikayət edən şəxslər hətda Ədliyyə Nazirliyinə müraciətlərinə cavab aldıqdan sonra da müddəti keçirmişlər. Belə ki, Ədliyyə Nazirliyinə 07.08.2015-ci ildə müraciət edilmiş, 24.08.2015-ci ildə cavab alınmış 27.10.2015-ci ildə məhkəməyə müraciət olunmuşdur. Müəyyən olunduğu kimi burda da 1 aylıq müddət keçirilmişdir. Belə qənaət yaranır ki, kimsə bu insanları şikayət etməyə təhrik edir. İddia ərizəsində yalan məlumatlar yazılmış məhkəmə aldadılmışdır. Davam olacaq”, – deyə, Osman Kazımov vurğulayıb.

Bastainfo.com

Bir cavab yazın