Xatirə İslam xalqı təhqir etməsindən danışdı: “Yaxşı eləmişəm!”

Ötən gün müğənni Xatirə İslam İnstaqram hesabında izləyicilərini təhqir edib. BAKU.WS məlumat verir ki, müğənninin xalqa ünvanladığı təhqiramiz ifadələr sosial şəbəkələrdə müzakirələr səbəb olub.

“Burdakı bəzi səviyyəsizlər, sözlərinizə fikir verin. Sizi tapıb ortadan cıraram. Sizin ağlınız yoxdur, ona prezident neynəsin? Ay tupoylar, dollar qalxan kimi marketlərə doluşduz. Sizin o hərəkətlərinizi görüb qiyməti qaldırdılar. Qaraçılar, hər şeyi özünüz etdiz”, – deyə müğənni yazıb.

Xatirə etirazlardan sonra yazdığı paylaşımı silib və təkzib edib:

“Mən İnstaqramdan başqa heç bir sosial şəbəkədə yoxam. Kimsə haradasa mənim adımdan nəsə yazıb. Heç hələ də bilmirəm nə yazıblar. Bəzi səviyyəsizlər isə bilmədən mənə təhqirlər yazırlar. Mənə yazdığınız bütün söyüşlər, təhqirlər getsin evinizdəkilərə. İnsan bilmədən başqasına söyməz. Mənim heç nədən xəbərim yoxdur. Ayıb olsun”.

 

 Daha sonra isə ifaçı, təhqirləri özü yazdığını etiraf edib:
“Yadıma düşdü. Mən prezidentin şəklini paylaşmışdım. Bəzi səviyyəsizlər çoxlu təhqirlər və söyüşlər yazmışdı. Mən də onu yazanlara həmin şərhlə cavab vermişdim və əcəb etmişdim, əlimin içindən gəlib. Başqa sözünüz var? Mən onu söyüşlərə cavab olaraq yazmışam”.

Bu gün isə müğənni əvvəlki paylaşımını paylaşaraq bunları yazıb:
“Əslində özümə söz vermişəm, bu gündən İnstaqram mənim üçün yalnız şəklimi paylaşmaq üçündür. 20 gün əvvəl paylaşdığım yazını gündəmə gətirib demək istəyirəm ki, biz buyuq! Heç bildinizmi, mən o sözləri niyə və kimlərə görə yazmışdım? Çünki, sizə maraqlı deyil, siz heç yazıları da oxumursunuz. Sizə şəkillər lazımdır. Mən tərəfdən yalnız şərəfsiz adamlar təhqir olunub, hamı yox. Sizə səmimi olmaq olmaz”.

Baş verənlərlə bağlı “Qafqazinfo” Xatirə İslamdan açıqlama alıb. Müğənni ona yazılan şərhlərə cavab verdiyini deyib:

“Ağlım olsaydı yazılan şərhləri ilk gündən oxumazdım. Bu mənim ən böyük səhvimdir. 25 gün bundan əvvəl, yəni 20 dekabr tarixində prezidentin şəklini paylaşmışdım. Şəklin altından xoşagəlməyən şərhlər yazıblar. Mən də şərh yazanlara cavab vermişəm. Üstündən 25 gün keçəndən sonra məsələni şişirtdilər. Əgər xalqı təhqir etmişəmsə, onda niyə heç nə demədilər? Pis söz yazmışmasa, niyə o vaxtı görmürdülər? Niyə xətirlərinə dəymirdi? Guya, Xatirə xalqı təhqir edib. Dolları Xatirə qaldırıb? Niyə mənim haqqımda belə yazırlar? İndi mən bu təhqirlərə cavab verməməliyəm? Mən bu şərhlərlə bağlı heç bir yerə müraciət etməyəcəm. Məhkəmələrə gedən yaşımdı? Ona görə də mənə əcəb edirlər. Mən niyə şərhləri oxuyuram ki, belə də şərh yazırlar. Bundan sonra şərhləri oxumayacam. O gün köməkçimə dedim, sil paylaşımı, ailəli adamam. Hamımız azərbaycanlıyıq. Sildirəndən sonra da xeyri olmadı. Yaxşı eləmişəm”.

 bastainfo.com

Bir cavab yazın