Arif Hacılı BMCMİ-yə çağırıldı

Bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gələrək, partiyanın başqanı Arif Hacılının BMCMİ-yə dəvət olunduğunu bildiriblər. Müsavat Partiyasından “Basta”ya verilən məlumata görə, BMCMİ-nin nümayəndələri bildiriblər ki, idarənin rəisi general Seyfulla Əzimovun Arif Hacılı ilə görüşüb söhbət etmək istəyir. Söhbətin hansı mövzuya aid olduğu deyilməyib.

Arif Hacılı bu gün saat 15:00-da  BMCMİ-də olacaq.

bastainfo.com

Bir cavab yazın