Arif Hacılıdan prezidentə mesaj: Papağınızı qarşınıza qoyun yaxşı fikirləşin

Müsavat başqanı Arif Hacılı özünün facebook səhifəsində bahalaşmaya haqlı narazılığını ifadə edən vətəndaşlara qarşı hakimiyyətin zor işlətməsini pisləyən status yazıb. Satatusu təqdim edirik:

“Hakimiyyət yenə də problemləri zorakılıq yolu ləll etmək istəyir.

Ölkədə başlanan narazılıq dalğasını iqtidar-müxalifət qarşıdurması kimi təqdim etməyə çalışır.

Hər etiraz aksiyasından sonra Müsavat üzvləri, digər partiyaların nümayəndələri həbs edilir.

Amma indi vəziyyət başqadır. Hakimiyyətin rəzil iqtisadi siyasəti, korrupsiya və rüşvətxorluq ucbatından indi kredit borclarını ödəyə bilməyən 2 mln. 532 min ölkə vətəndaşını, bankdan kredit almaq üçün girov qoyulacaq bir şeyi olmadığı üçün kredit borcu olmayanları, 38 manata olan un kisəsini ala bilməyənlən yüz minləri neyləyəcəksiniz?

Bir azdan hər bankomatın qarşısında bir mitinq olacaq. Bunu da müxalifət adamları qızışdırıb təşkil etdi deyəcəksiniz?
Papağınızı qarşınıza qoyun yaxşı fikirləşin. Sonra buna da vaxtınız çatmayacaq”.

bastainfo.com

Bir cavab yazın