Füzulidə ikinci aksiya! – Yeniləndi – Video

saat 12 00

Hal-hazırda Füzuli‬  rayonu Bala Bəhmənli‬  kəndində ‪ ‎bahalaşma‬ əleyhinə aksiya‬  keçirilir. Etirazçılar yenidən Bakı-Horadiz avtomobil yolunu kəsiblər.

***

Bu dəqiqələrdə Fizuli rayonunun Dörd yol ərazisində etiraz aksiyası keçirilir. Bu haqda “Basta”ya aksiya iştirakçılarından biri məlumat verib.

***

Bahalaşmaya etiraz edən yerli sakinlər magistral yolu və buradakı bazarın girişini bağlayıblar.

Qeyd edək ki, dünən Fizuli‬  rayonu Böyük  Bəhmənli‬  kəndində bahalaşma‬  əleyhinə aksiya‬ keçirilib.

Etirazçılar Bakı-Horadiz avtomobil yolunu kəsiblər.

Sakinlər Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüb şikayətlərini çatdırıblar.

Bu günki aksiyaya daha çox etirazçı qatılıb. Dinc aksiya davam edir, polis hələlik müdaxilə etməyib.

***

saat 11:35-də verilən məlumata görə, aksiya yerinə polis və daxili qoşunlar gətirilib. Yolun açılması üçün etirazçılara xəbərdar edilir.

 

bastainfo.com

Bir cavab yazın