Müsavatdan Türkiyəyə dəstək – Antiterror bəyanatı

Müsavat Müsavat Partiyası yanvarın 12-də İstanbulun Sultanəhməd meydanında azı 10 nəfərin həlak olması, 15 nəfərdən artıq insanın ağır yaralanması ilə nəticələnən terror hadisəsini qətiyyətlə pisləyən bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən göndərilən sənəddə deyilir:

“Terrorun hər cür təzahürlərinin yolverilməz olduğunu, terrora qarşı bütün mütərəqqi qüvvələrin birgə fəaliyyətinin zəruri olduğunu qeyd edir.

Müsavat Partiyası terror aksiyasında həlak olanların yaxınlarına baş sağlığı verir. Bu ağır gündə qardəş Türkiyə xalqının yanında olduğunu bir daha bəyan edir”

bastainfo.com

Bir cavab yazın