Ramanada ağacdan asılmış kişi cəsədi tapıldı

Mərhum Şuşa şəhərciyinin sakini olub

Yanvarın 13-də Bakının Ramana qəsəbəsi, Samir Əliyev küçəsində şam ağacına asılı vəziyyətdə kişi meyidi tapılıb.  Hadisə şahidlərinin Meydan TV-yə verdiyi məlumata görə, mərhumun kimliyi müəyyənləşdirilib. O, Ramana qəsəbəsindəkı Şuşa şəhərciyində yaşayan 1967-ci il təvəllüdlü Zəfər Salman oğlu Quliyevdir.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 12-də Zəfər Quliyevin itkin düşməsi barədə polisə məlumat daxil olub.  Bu gün isə onun ağacdan asılmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

 

bastainfo.com

Bir cavab yazın