AXCP fəalı Turan İbrahim saxlanılıb- Yenilənib

 

Turan Ibrahim bu gün saat 14 30-da  Nərimanov Rayon məhkəməsinə aparılaraq hökm oxunub.Gənc fəala cinayət məcəlləsinin 310.1 maddesiylə 7 sutka is kəsilib.

***

O, hazırda 17-ci polis bölməsində saxlanılır

AXCP Gənclər Komitəsinin üzvü Turan İbrahim saxlanılıb. O, 17-ci polis bölməsinə aparılıb. Bu barədə məlumatı onun qardaşı Toğrul İbrahim yayıb:

“Böyük qardaşım evdən çıxarkən bir nəfər mülki geyimli şəxs özünü polis serjantı Tural Kərimov kimi təqdim edib və ondan adının Turan olub-olmadığını soruşub. Qardaşım Turan olmadığını dedikdən sonra, Tural Kərimov Turanı axtardıqlarını deyib. Bundan sonra qardaşım onun harada olduğunu bilmədiyini söyləyib və oradan uzaqlaşıb. Turan hadisədən xəbər tutan kimi Tural Kərimovun nə istədiyini öyrənmək və polisə getmək üçün evə gəlib. Yaşadığımız binanın qarşısında 7-8 nəfər tərəfindən zorla götürülərək, 17- ci polis bölməsinə aparılıb”.

Qardaşının sözünə görə, Turan İbrahim 17-ci polis bölməsində saxlanılır. Bu gün Nərimanov rayon Məhkəməsinə aparılacaq.

Turan İbrahim AXCP sədrinin müşaviri Məmməd İbrahimin oğludur. Məmməd İbrahim sentyabrın 30-da xuliqanlıqla bağlı maddə üzrə həbs olunub. O, beynəlxalq təşkilatlar tərəfindən “siyasi məhbus” hesab edilir.

 

bastainfo.com

Bir cavab yazın