Müsavat başqanının müşaviri Azər İsmayıl polis idarəsinə çağırıldı

Azər İsmayıl bu gün Sabirabad polis idarəsinə çağırılıb. Polis idarəsindən qayıtdıqdan sonra onun öz facebook səhifəsində yazdığı statusu təqdim edirik:
“Xanımlar və bəylər. Narahat olmayın. Artıq dönmüşəm. Profilaktika edirlər. Sabirabadda baş verə biləcək hansısa iğtişaşdan danışırdılar. Məndən iltizam almaq istəyirdilər ki, iğtişaş olarsa iştirak etməyəcəm və s.
Mən cavab olaraq bildirdim ki, Müsavat Partiyası öz fəaliyyətini Konsitusiya və qanunlarla tənzimləyir. həmçinin Partiyanın dünənki bəyanatını xatırladaraq, Partiyanın istənilən halda öz hüquqları uğrunda mübarizə aparan insanların yanında olduğunu qeyd etdim. Əlaqə telefonlarımı götürərək sağollaşdılar”.

bastainfo.com

Bir cavab yazın