Müsavat başqanının müşaviri Hidayət İsmayılov da polisə çağırıldı

Bu gün Müsavat Partiyası Cəlilabad rayon təşkilatının rəhbərlərindən biri, başqanın müşaviri Hidayət İsmayılov polis idaresinə çağərılıb. “Basta”ya bu barədə Müsavatın Cəlilabad təçkilatından məlumat verilib.

Qeyd edək ki, bu gün Sabirabadda başqanın müşaviri Azər İsmayıl, Cəlilabadda isə Məclis üzvü Əlipənah Rzalı da polis idarəsinə çağırılıblar. Azər İsmayıldan Sabirabadda iğtişaş olacağı təqdirdə, onun məsuliyyət daşıdığı barədə qanunsuz iltizam almaq istəyiblər. Hidayet İsmayılov və Əlipənah Rzalı hazırda polis idarəsindədirlər və onlara da analıji təzyiq ediləcəyi gözlənilir.

Müsavat başqanın müavini Gülağa Aslanlı bu xəbərləri şərh edərək deyib ki, hakimiyyət xalqın etirazından çəkindiyiu üçün, Müsavata təzyiq etmək, onun yerli təşkilatlarının etirazlara qoşulmasını bu yolla önləmək istəyir.

bastainfo.com

Bir cavab yazın