Müsavat Gənclər Təşkilatının BƏYANATI

13.01.2015 tarixində Siyasi məhbus Məhəmməd İbrahimin oğlu AXCP gənclər komitəsinin üzvü Turan İbrahim barəsində Nərimanov rayon məhkəməsi tərəfindən 7 sutka inzibati həbs cəzası verilmişdir.

Bu həbs və son günlər respublikanın müxtəlif bölgələrində müxalif fəallara qarşı olan təzyiqlər hakimiyyətin ölkədəki iqtisadi böhrana və bununla bağlı yaranan siyasi etirazlara qarşı olan qeyri konstruktiv mövqeyini göstərir.

Müsavat Gənclər Təşkilatı olaraq hakimiyyətdən gənclərə və siyasi fəallara qarşı olan siyasi təzyiqləri durdurmağı, həbsdə olan siyasi və vicdan məhbuslarını qeyd şərtsiz azad etməyi tələb edirik.

bastainfo.com

Bir cavab yazın