“Qardaşımı şərləyib tutublar”

Oxucu poçtu

İmişli rayon sakini Yaqubova Rəvanə Fərhad qızı redaksiyamıza şikayət məkyubu göndərib. Məktubu təqdim edirik:

“Nağıyeva Ceyhunə Arif qızı İmişli rayonunda üç nəfər yeniyetməı uşağa sər ataraq, onları tutdurub. Onlardan biri də qardaşımdır. Ceyhunə Nağıyeva İmişli rayonunda polis istintaq şöbəsinin rəisi Elnur Məmmədov ilə əlbir olub istədiyini edir. Guya Fərid Xəmmədli Ceyhunənin oğlu Oqtaya təcavüz edib. Amma verdiyi ekspert rəyi saxtadı. Çünki ekspert rəyini verən Saatlı eksperti Tahir Mehdiyev həbsdədi. Axi həbsdə olan biri adam necə rəy verə bilər? Tahir Mehdiyevin  məhkəmə tərəfindən dindirilməsini tələb edirəm. Uşaga heç nə olmadan necə belə rəy verib, qanun qarşısında cavab versin.

İmişli Polis bölməsinin rəisi Elnur memmedli Fərid Xəmmədlini qorxudaraq deyib ki,sən Ruslan Memmedovun üzünə durmalısan. Ceyhunəni çağıraraq hədələyib, səni öldürdəcəm deyib. Sonra Fəridin üstünə bıçaq çəkib. Ceyhunə Əliyev Elsevər Oruc oğluna ifadə verib ki, mənim oğlum Oqtaya Ruslan Məmmədov, Fərid Xəmmədli və Hacı Dəmirli təcavüz ediblər.

Ceyhunə 2014 –cü ildə ifadə verib ki bu hadisə  iki il öncə olub. Sonradan ifadəsini neçə dəfə dəyişib ki, səhv demişəm 2014 –cü ilin avqustunda olub. Oqtay da uşaqların üzünə durub.

Əslində isə 5 uşağın adı hallanır.  Uşaqlardan biri Xeyrulla Təhməzovdu .Hansı ki Ceyhunə onun adını çəkmir. Xeyrullanın 22 yaşı var və anası Vəsilə Təhməzova Ceyhunəyə ev alaraq, oğlunun adını 5 nəfərin içındən sildirib.

5-ci uşaq isə polis övladı olan 19 yaşlı Xəyal İbrahimoğludu və çöldə gəzir. Xəyal sonra  qonşu Aliyə Moisiyevaya deyib ki, mən atamın işinə görə üzə durum amma heç nə görməmişəm. Ceyhunə müstəntiq Ramal Şahmarovla da əlbir olub. Sonradan Ramal Şahmarov işi yarımçıq qoyub yerini dəyişib. İş Nazim hümbətova həvalə olunub. Məsələnin əsli budur ki, Ramal Şahmarovla Elnur Məmmədli əlbir olub Fərid Xəmmədlini Kürdəxanı təcridxanasında saxlayırlar. Təcridxanada Fəridə o qədər işgəncə veriblər ki, Fəridin əsəbləri pozulduğundan dəfələrlə intihara cəhd edib.

Hal hazirda Fəridin səhhəti çox pisdi. O qədər döyüblər ki daxili orqanları sıradan çıxıb. Kürdəxanıda tibb məntəqəsində. Hara şikayət etsək də şikayətimizə baxılmır. İşgəncələrdən psixoloji durumu pozulub. Buna görə də mualicədən də imtina edir. Lənkəranda məhkəmə olanda Ceyhunə imkansızlığı bəhanə edib məhkəməyə də gəlmədi. Ceyhunə şikayətində onun oğluna təcavüz olunduğunu qonşudan eşidib eslində isə adını verdiyi qonşu Ceyhunənin üzünə durub ki, mən sənə nə vaxt elə söz demişəm. Adı hallanan qonşu Ətrabə adlı qadın prokurorluğa ərizə yazıb ki, bu, yalan və böhtandı, mən elə söz deməmişəm .

Ətrabənin şikayətinə baxan olmadı, uşaqlarının üçünü də atdılar içəri.

Məmmədov Ruslan Əhməd oğluna 9 il, Xəmmədli Fərid Fərhad oğluna 8 il yarım,

Dəmirli Hacı İlham oğluna 8 il  iş verdilər.

 

Mənim qardaşımla birlikdə bu uşaqlar da günahsız həbs yatır. Olmazın işgəncələrə məruz qalırlar. Mən buradan bütün vicdanlı vəkillərə səslənirəm. Gəlin, bu işi araşdırın qonşuları dindirin, görün, bu gunahsız yeniyetmələri içəri salmaqda haqqlıdırlarmı?

Yaqubova Rəvanə Fərhad qızı”

Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

Bastainfo.com

Bir cavab yazın