Rəsulzadəni təhqir edən deputatın məhkəməsi başladı

 

Yanvarın 14-də Gəncə şəhəri Nizami rayon məhkəməsində Məhəmməd Əmin Rəsulzadənin şərəf və ləyaqətinin deputat Naqif Həmzəyev tərəfindən təhqir edilməsi ilə bağlı Müsavatın şikayətinə dair məhkəmənin hazırlıq iclası keçirilib.

Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

Nemət Kərimli bildirib ki, hazırlıq iclasında deputat Naqif Həmzəyevin nümayəndəsi iştirak edib.

Məhkəmə prosesi fevralın 3-nə təyin olunub.

 

 

bastainfo.com

Bir cavab yazın