Yerli məmur borca görə intihar etdi

Kamal Yaqubov Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətində işləyirdi

Yanvarın 14-də gecə saatlarında Gəncə şəhərində intihar hadisəsi baş verib.

Məlumatı qafqazinfo.az yayıb.

Şəhər sakini, 1983-cü il təvəllüdlü Kamal Yaqubov özünü asıb.

Yaxınları bildirib ki, Kamal Yaqubovun çoxlu borcu olub və qaytara bilmədiyi üçün intihar edib. K.Yaqubov həm də bizneslə məşğul olub, özünün qapı istehsal edən sexi olub. Onun 1 yaşlı oğlu və 5 yaşlı qızı var.

K.Yaqubov Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətində işləyirdi.

 

bastainfo.com

Bir cavab yazın