ABŞ Mərkəzi Kəşfiyyatının “kölgəsi”: “Müsavat bu narazılıqdan istifadə edəcək…”

ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi, Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgə strukturu” kimi tanınan “Stratfor” Azərbaycanın regionlarında bahalaşmaya qarşı baş qaldıran etirazlar barədə təhlil yayıb. Virtualaz.org xəbər verir ki, mərkəz  neftin ucuzlaşmasının enerji daşıyıcılarının ixracından asılı olan digər keçmiş sovet respublikaları kimi Azərbaycana da ağrılı təsir göstərdiyini qeyd edir. Neftin ucuzlaşması nəticəsində Azərbaycan manatı iki dəfə devalvasiya etməli olub, iqtisadiyyatın artımı yavaşıyıb. Ölkədə iqtisadi tələblərlə etirazlar baş qaldırıb.

“Prezident İlham Əliyev möhkəm hakimiyyətə malikdir, lakin əgər neftin qiyməti yenə ucuzlaşmaqda davam etsə və bunun yaratdığı iqtisadi əzablar dərinləşsə Azərbaycan qeyri-stabillikdən sığortalanmayacaq”-mərkəz bildirir.

“Statfor” Azərbaycanın bir sıra regionlarında narazıların qiymətlərin artmasına  və işsizliyə etiraz olaraq küçələrə çıxdığını xatırladır. Bu etirazlar həftə ərzində ayrı-ayrı yerlərdə qeydə alınıb. Bir çox regionlara təhlükəsizlik qüvvələri yeridilib, həbslər aparılır. “Bakıda vəziyyət hələ sakitdir, lakin şübhəsiz ki, hakimiyyət mümkün etirazları əngəlləmək üçün bütün şəhər boyu təhlükəsizlik qüvvələrini hazır vəziyyətdə saxlayır”-mərkəzin analitikləri qeyd edir.

Təhlildə deyilir ki, Azərbaycanda əvvəllər də etiraz aksiyaları keçirilib. Lakin bu etirazlar əsasən Bakıda və yaxın bölgələrdə, məsələn, Nardaran və Sumqayıtda qeydə alınırdı. Həm də etirazlar əsasən siyasi məsələlərlə bağlı olurdu, siyasi patiyalar, dini qruplar və ya jurnalistlər tərəfindən təşkil edilirdi.

“İlham Əliyevin hakimiyyətdə olduğu 12 ilə yaxın vaxt ərzində ölkədə zəif etiraz mühiti olub, müxalifət isə Gürcüstan və Ermənistan kimi qonşu ölkələrə nisbətən qeyri-effektivdir”-mərkəz bildirir.

Təhlildə deyilir ki, indi bölgələrdə baş qaldırmış etirazların yaxın həftələrdə necə inkişaf edəcəyini izləmək lazımdır. Hələlik regionlarda azsaylı nümayişçilər küçələrə çııxb. “Əgər etirazlar böyüsə və digər şəhərlərə yayılsa Azərbaycan ötən 10 ildə üzləşmədiyi sosial və siyasi təzyiqlə üzləşəcək”-təhlildə deyilir.

“Stratfor” bildirir ki, Bakı ölkənin siyasi və demoqrafik özəyidir və Müsavat kimi müxalif partiyaların regionlarda baş qaldırmış etirazlardan yeni tərəfdararı toplamaq, hökumətə təzyiqləri artırmaq üçün necə istifadə edəcəyini izləmək xüsusilə mühüm olacaq.

Habelə hökumətin etiraz dalğasına reaksiyası da həlledici əhəmiyyət kəsb edəcək. Xüsusən də etirazlar genişlənsə. “Bakı indiyə qədər nümayişləri yatırmaq üçün həbslər və danışıqlar taktikasından eyni vaxtda istifadə edib. Əgər təhlükəsizlik qüvvələri daha aqressiv taktika istifadə etsə və ya etirazçılarla toqquşmalar güclənsə nə olacaq? Lakin əgər hökumət yumşalsa və qiymətləri ucuzlaşdıra bilsə, yaxud siyasi güzəştlərə getsə nümayişləri yatıra və böyük çevrilişin qarşısını ala bilər”-Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” proqnozlaşdırır.

Nəhayət mərkəz xarici aktyorların da bu drama necə reaksiya verəcəyini izləmək lazım olduğunu bildirir. Təhlildə deyilir ki, Rusiya, İran, Türkiyə və Qərbin Azərbaycanda strateji maraqları var. Bakının Vaşinqtonla münasibətləri yaxşı deyil. Çünki Bakı Vaşinqtonu onun daxili işlərinə qarışmaqda ittiham edir. Etirazlar güclənsə Bakının istənilən xarici müdaxiləyə dair həssaslığını daha da artıracaq. Mərkəz hesab edir ki, xarici aktyorların bu vəziyyətdən necə istifadə edəcəyini yaxın həftələrdə izləmək lazımdır.

Bir cavab yazın