Azərbaycandakı etirazlar dünya mətbuatında

Azərbaycanın regionlarında son günlər əhalinin hakimiyyətə qarşı etiraz aksiyaları dünyanın bir sıra mətbuat orqanlarında əks-səda doğurub. Kyiv Post qəzeti bu günki sayında “Royters”ə istinadən bu mövzuda məqalə dərc edib.

“Azərbaycan hakimiyyəti artan ictimai etirazları boğmağa çalışır”  başlıqlı yazıda deyilir ki, qiymət artımı və işsizliyə qarşı anti-hökumət etirazlarından sonra 55 nəfər saxlanılıb. (Authorities in Azerbaijan crack down on protests as public unrest grows)

“Rəsmi Bakı Xəzərin sahilində yerləşən Siyəzəndə və bir sıra başqa şəhərlərdə icazəsiz mitinqlərin keçirilməsinə görə müxalifət partiyaları olan Xalq Cəbhəsi və Müsavat Partiyasını ittiham edib”. – deyə yazıda bildirilir.

Məqalədə həmçinin Azərbaycanda yaranan böhranın səbəbləri göstərilib.

Bastainfo.com

 

 

Bir cavab yazın