Həbsxanada çörək üsyanı? Yenilənib

Bu dəqiqələrdə 12 saylı cəzaçəkmə müəssisəsində üsyan başlayıb. Bu məlumatı “Basta”ya həmin kalonda cəza çəkən məhbuslardan birinin qohumu ötürüb.

Məlumatda bildirilir ki, üsyana səbəb cəzaçəkmə müəssisəsindəki mağazada 180 qramlıq çörəyin qiymətinin 50 qəpiyədək bahalaşmasıdır.

Mənbə bildirir ki, narazı məhbuslar həbsxanadakı mağazanı yandırıblar. Bundan sonra həbsxanaya qoşun yeridilib. Hal hazırda “şmon” əməliyyatı həyata keçirilir.

12 saylı cəzaçəkmə müəssisəsi Qaradağ rayonu, Puta qəsəbəsində yerləşir.

***

Məlumatı iş vaxtı bitdikdən sonra aldığımızdan CÇM ilə əlaqə saxlaya bilmədik. Bu gün səhər – yanvarın 16-da “Basta” əməkdaşı 12 saylı CÇM-nin növbətçi hissəsindən leytenant Mirzəyevlə əlaqə saxlayıb. Sualın üsyanla və mağazanın yandırılması ilə bağlı olduğunu bildikdən sonra, zabit təkrar zəng vurulmasını istəyib. Təkrar zəngə cavab verən şəxs isə soyuqqanlı səslə müəssisədə heç bir hadisənin olmadığını deyib. 

Bastainfo.com

Bir cavab yazın