Müsavat başqanının müşaviri Ramazan Əliyev də polisə aparıldı

Müsavat başqanının müşaviri, müxalifətin Şimal bölgəsində liderlərindən biri Ramazan Əliyev bu dəqiqələrdə Xudat polis şöbəsinə aparıldı. Bu haqda “Basta”ya partiyanın yerli təşkilatından xəbər verilib.

Ramazan Əliyevin polisə aparlması üçün heç bir hüquqi əsas yoxdur. Lakin, hakimiyyət xalqın ona qarşı etirazlarını müxalifıtin ayagına yazmaq istəyir və belə bir dönəmdə Müsavatın regional liderlərindən birinin polisə aparılması təəccüblü deyil.

***

Yanvarın 15-də gecə yarısı Ramazan Əliyev sərbəst buraxılıb. Ona kütləvi tədbirlərin keçirilməsinin yolverilməz olduğu barədə xəbərdarlıq elan edilib.

Mustafa Hacıbəyli, bastainfo.com

Bir cavab yazın