Qazaxıstanda parlament buraxılır – Prezidentə növbədənkənar seçki müraciəti

Qazaxıstan parlamenti plenar iclasda yekdilliklə prezident Nursultan Nazarbayevə vaxtından əvvəl Məclisin buraxılması və 2016-da növbədənkənar seçkilərin keçirilməsi üçün müraciət edib.

“Qafqazinfo” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, deputatlar müraciətlərində beşinci çağırış deputatlarının səlahiyyətlərinin erkən dayandırılması təşəbbüsü ilə çıxış ediblər. Müraciətdə qeyd edilib ki, belə bir məsuliyyətli vaxtda antiböhran tədbirlərinin aktiv həyata keçirilməsi üçün geniş ictimai konsolidasiya lazımdır.

Qeyd edilir ki, indiki parlamentin səlahiyyətləri 2016-cı ilin payızında başa çatır.

Bir cavab yazın