Qubada dinc aksiya dağıdıldı

“Qubada aksiya başlandı. Polis və daxili qoşunlar səhərdən bütün yolları bağlasa da Quba-Qusar yolunun üstündə – köhnə avtobağzalın yanında 500-600 adam bir yerə yığıla bildi”. Bu məlumatı “Basta” Qubadakı etibarlı mənbə verib.

Mənbə bildirir ki, aksiya iştirakşıları bahalaşmaya və işsizləyə etiraz edirlər. Artıq şuarların səsləndirilməsinə başlanılıb. Hadisə yerinə icra başçısının müavini və digər məmurlar gəlib. Hakimiyyət məsələni danışıq yolu ilə həll etməyə çalışır.

***

Bundan əvvəl yaydığımız məlumata görə, bu gün Qubada bahalaşma və işsizliyə etiraz olaraq aksiya gözlənilirdi. Dünəndən etibarəm Müsavatın yerli təşkilatının təmsilçiləri, eləcə də rayonda nüfuzu olan digər şəxslər polisə çağırılıb. Onlara gözlənilən aksiya ilə bağlı xəbərdarlıq elan edilib.

Bu gün səhərdən isə Qubaya daxili qoşunların dəstələri yeridilib. Mənbə bildirir ki, rayona daxili qoşunların azı 9 maşın əsgəri gətirilib. Bunun səbəbi əhalinin hakimiyyətə qarşı mümkün etirazını zorakılıqla boğmaqdır.

Lakin bu arada daxili qoşunların Qubaya yeridilməsini əsaslandırmaq üçün ortaya yeni məlumat atılıb. Bildirilir ki, yanvarın 15-də Quba Cümə məscidinə bomba qoyulması haqqında polisə məlumat daxil olub.

Məscidin yerləşdiyi əraziyə Daxili Qoşunların, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

***

Saa 16:50-də verilən məlumata görə, polis və daxili qoşunlar hərəkətə keçərək, yolu etirazçılardan təmizləməyə çalışır. Gözyaşardıcı qazdan və su şırnagından istifadə olunur.

***

Saat 17:00-da verilən məlumata görə, etirazmıları toplaşdıqları yerdən uzaqlaşdırdılar. Etirazçılar kortəbii şəkildə kiçik qruplarla məhəllələrə dağılışıb.

***

Saat 17:20-də verilən məlumata görə, aksiya başa çatıb. Bir neçə nəfər həbs olunub. Bütün küçələr polis və daxili qoşun əsgərləri tərəfindən bağlanılıb.

Mustafa HACIBƏYLİ, bastainfo.com

 

Bir cavab yazın