Qubanı istefa şuarı bürüdü – Video

Bu gün Qubada bahalaşmaya və işsizləyə etiraz olaraq aksiya keçirilib. Aksiyada “İstefa” şuarı səsləndirilib.

Saa 16:50-də verilən məlumata görə, polis və daxili qoşunlar hərəkətə keçərək, yolu etirazçılardan təmizləməyə çalışır. Gözyaşardıcı qazdan və su şırnagından istifadə olunur.

***

Saat 17:00-da verilən məlumata görə, etirazmıları toplaşdıqları yerdən uzaqlaşdırdılar. Etirazçılar kortəbii şəkildə kiçik qruplarla məhəllələrə dağılışıb.

***

Saat 17:20-də verilən məlumata görə, aksiya başa çatıb. Bir neçə nəfər həbs olunub. Bütün küçələr polis və daxili qoşun əsgərləri tərəfindən bağlanılıb.

Bir cavab yazın