Azərbaycan iranlı məhbusları öz ölkələrinə niyə təhvil vermir?

Azərbaycandakı həbsxanalarda yüzlərlə əcnəbi vətəndaş cəza çəkir.

Təkcə 13 saylı cəzaçəkmə müəssisəsində 9 nəfər İran vətəndaşı saxlanlır – əksəriyyəti güneyli soydaşlarımızdır. Bu haqada “Basta”ya məlumat verən mənbə onların siyahısını da təqdim edib: Suri Müzəffər novruz oğlu, Eskəndər Nəhani Bəhram oğlu, Özətdin Müstəfəli Mosleh, Bəhmən Nemətli Sahib oğlu, Mehdi Şirinpür Eltifat oğlu, Acman Mghaddem Radmehdi oğlu, Esrafil Həsənzadəh Bərat oğlu, Mürtəza Ərimi Müstəfa oğlu, Füroullah Həqqigöglü Ebadullah ogludur.

Onların biri 2008-ci ildən, qalanları isə 2010, 2011, 2013 və 2015-ci ildəm məhbus həyatı yaşayırlar – müxtəlif cinayətlərə görə həbs olunmuş şəxslərdir. Ən az cəza müddəti olan 7,6 il, ən agır cəza alan isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

13 saylı cəzaçəkmə müəssisəsində üç nəfər də Pakistan vətəndaşı var: Mühəmməd Nəvar Rəhim oğlu, Əli Xohər Bəxtiyar oğlu, Zaur Xan Əhməd oğlu. Onlar 2009-cu ildən məhbus həyatı yaşayır və hər biri 14-15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onların öz ölkəsinə göndərilməməsi həm məhbusların özləri, həm də onların  ailə üzvləri üçün ciddi problem yaradır. Bu haqda “Basta”ya məlumat verən mənbə bildirir ki, İran tərəfi onların təhvil verilməsi üçün dəfələrlə Azərbaycana rəsmi müraciət etsə də, buradan müsbət qərar ala bilməyiblər.

Məhbusların saxlanması üçün dövlət büdcəsindən vəsait ayrılır və əslində, xarici ölkə vətəndaşlarının burada cəza çəkməsi dövlətimiz üçün də əlavə xərc deməkdir. Maraqlıdır, həm məhbuslarının özünün, həm də dövlətimizin mənafeyinə zidd olaraq, əcnəbi vətəndaşların cəzalarının Azərbaycanda çəkilməsində kim və niyə maraqlıdır?

Bununla bağlı Ədliyyə Nazirliyinə və Penetensiar Xidmətə rəsmi sorğu göndərmişik. Sorğuya veriləcək cavabla oxucuları tanış edəcəyik.

bastainfo.com

Bir cavab yazın