Məleykə Abbaszadə ilə Eldar Mahmudovun işbirliyi

 Bu gün mətbuatda yayılan məlumata görə  Səhiyyə Nazirliyi tərəfindən tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması nəticəsində 142 saxta diplom aşkarlanıb.

Bu məluamatı  oxuyanda yadıma  keçmiş səhiyyə naziri, hazırda məhbus həyatı yaşayan Əli İnsanovun məhkəmədə dediyi  fikirlər  düşdü:

“ Mən Məleykə Abbaszadədən soruşmaq istəyirəm ki, 12 balla Tibb universitetinə necə girmək olar”.

Söhbət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ( TQDK ) sədri Məleykə Abbaszadədən gedirdi.

O zaman Əli İnsanovun vəkili onu daq qeyd edirdi ki, TQDK sədri Məleykə Abbaszadə  Əli İnsanov barəsində  MTN-ə məktub yazılıb və  həmin məktub sabiq nazirin həbsinə rəvac verən fakt kimi tanınıb.

Baş verən hadisələrə  bugünkü  prizmadan yanaşanda çox mətləblərə aydınlıq gəlir.

Bəli, həmin illərdə  TQDK-nın keçirdiyi qəbul imtahanlarına  ancaq  MTN əməkdaşları nəzarət edirdi.  Və hər iki qurum birləşərək  qəbul imtahanında  milyonlar qazanırdı.

Hətta  12 bal toplamağa savadı çatmayan abituriyentlər  saxta yüksək balla   ATU-ya, BDU-nun hüquq fakültələrinə qəbul olunurdu. Əli İnsanov məhkəmədəki çıxışında məhz bunları nəzərdə tuturdu.

Bu gün MTN ləğv olunub, keçmiş nazir Eldar Mahmudovun həbsi gözlənilir. Deməli, Məleykə Abbaszadə ilə Eldar Mahmudov cütlüyünün qaranlıq əməllərinin  açılması üçün imkan var.

Sadəcə ortada yuxarının razılığı  olmalıdı. 

NUH.az-ın baş redaktoru   Kamran Məhərrəmli

 

bastainfo.com

Bir cavab yazın