Müsavat başqanının müşaviri Mərdan Mehdili istintaqa cəlb olundu

Müsavat başqanının müşaviri Mərdan Mehdili saxlanılıb. Bu haqda partiyanın yerli təşkilatından məlumat verilib: “Mərdan bəy bu gün səhər əmisi ilə birlikdə Siyəzən rayon polis şöbəsinə gedib. Onu əvvəlki gün çağırmışdılar. Polis şöbəsində ona deyilib ki, istintaqa cəlb olunursan. Bundan sonra əmisini  yola salıblar, Mərdan Mehdili ilə əlaqə saxlamaq mümkün olmayıb”.

Mərdan Mehdilinin istintaqa hansı şəkildə cəlb olunduğu məlum deyil. Ailə üzvlərinin verdiyi məlumta görə, Mərdan Mehdili Siyəzəndəki aksiyalarda hər hansı formada iştirak etməyib. Lakin bildirilir ki, həmin bölgənin deputatı Tahir Süleymanov əhalinin hakimiyyətdən narazılığını müxalifətin ayağına yazaraq, istintaqa ifadəsində etirazların Müsavat tərəfindən təşkil olunduğunu iddia edib. Xatırladak ki, bundan əvvəl Müsavatın Siyəzən rayon təşkilatının sədr müavini Aydın Səfərli və onun qardaşı da heç bir əsas olmadan həbs olunublar.

bastainfo.com 

Bir cavab yazın