Müsavat və AXCP birgə mitinq keçirə bilərmi?

Son günlər Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu rayonlarında vətəndaşlar süni qiymət artımına, bahalaşmaya etiraz olaraq aksiyalar keçiriblər.

Müxalif siyasi partiyaların bəzi funksionerləri sosial şəbəkələrdə yaranmış durumu qiymətləndirib, mitinq və piketlər məsələsini gündəmə gətirməyi təklif edirlər.
Doğrudanmı müxalifət partiyalarında ümum aksiya təşkil etmək haqda təkliflər var?

<p”>Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a deyib ki, hələ ki partiyanın bu barədə hansısa qərarı yoxdur.<p”>

“Əgər aksiya olacaqsa, bunun partiyalarla bir yerdə keçirilməsini müsbət qarşılayacağıq. Müsavat hələ aksiya keçirtməklə bağlı qərar verməyib. Amma bu məsələ bizdə müzakirə olunur.

Qərar verəndən sonra isə o aksiyaya kimlərin qoşulmaq istəməsi bizim üçün heç bir maneəçilik törətməyəcək. Biz indiki şəraitdə başqa siyasi təşkilatlarla da, siyasi istəyi və iradəsi Müsavat Partiyasına uyğun gələn partiyalarla da aksiyalar keçirilməsinə müsbət baxırıq. Biz həmişə elan etmişik ki, Müsavat Partiyası Azərbaycanda fəaliyyət göstərən partiyalarla hər zaman funksional  əməkdaşlığa hazırdır.

Funksional əməkdaşlıqlardan da biri hər hansı bir məsələ haqqında bəyanat hazırlamaq, yaxud aksiya keçirtməkdən ibarətdir. <p”>Bu işlərdən Müsavat Partiyası heç vaxt özünü kənarda qoymayıb. Kimin əvəllər və indi nə deməsindən asılı olmayaq, Müsavatın düzgün hesab etdiyi məsələlərlə bağlı əməkdaşlığa hazırdır. Amma aksiya olacaqa, hələ ki onu Bakıda, yaxud regionlarda başladacağımızı dəqiq bilmərik”. <p”><p”>

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə indiki vəziyyətdə hər hansı bir aksiyanın keçirilməsi məsələsinin partiya daxilində yalnız müzakirə olunduğunu söyləyib:<p”>

“Hələlik bizim aksiyalar keçirtmək barədə heç bir qərarımız yoxdur. Vətəndaşlar qiymət artımı ilə bağlı baş alıb gedən haqsızlıqlara adekvat reaksiya olaraq regionlarda müəyyən aksiyalar keçirirlər. Bunların heç biri AXCP və Milli Şura tərəfindən təşkil olunan tədbirlər deyil. Hazırda yalnız partiya daxilində mitinqlərin keçirilməsi ilə bağlı müzakirələr gedir”. <p”>Nurəddin Məmmədli onu da əlavə edib ki, hazırda ölkədə yeganə və real müxalif qüvvə yalnız Milli Şuradır :<p”>

“Bu gün Azərbaycanda real müxalifətçilik mövqeyində dayanan yeganə qrup Milli Şuradır. Yerdə qalan heç bir təşkilatı mən real müxalifət təşkilatı kimi qəbul etmirəm. Mənim qənaətimcə, heç kimə, heç bir təklif olmadan Milli Şura bu aksiyaların həm təşəbbüsçüsü və həm də iştirakçısı kimi çıxış etməlidir. Biz kimlərəsə bu barədə təklif etməməliyik. Təbii ki, Azərbaycanın hər bir vətəndaşı bu və ya digər aksiyaya qoşula bilər.

Hətta bizim partiyanın özü bizimlə əməkdaşlıq etməyənlərin təşkil etdiyi aksiyalarda iştirak edə bilər. Buna da heç kim qarışa bilməz. Biz aksiyaları ümumxalq tədbiri kimi keçirəcəyik. Partiya mənsubiyyətindən, sosial mənsubiyyətindən asılı olmayaraq, buna istənilən şəxs qoşula bilər və heç kim də qadağa qoyula bilməz”.

Bir cavab yazın