Müsavatın Məclis üzvü Fəxrəddin Abbas da polisə çağırıldı

Bu gün Müsavat Partiyası Sumqayıt şəhər təşkilatın sədri və partiyanın Məclis üzvü Fəxrəddin Abbas Sumqayıt Şəhər Polis İdarəsinə çağırılıb. Bu haqda “Basta”ya Müsavatın Sumqayıt təşkilatından məlumat verilib.

Qeyd edək ki, son günlər ərzində Sabirabadda başqanın müşaviri Azər İsmayıl, Cəlilabadda Məclis üzvləri Hidayət İsmayılov və Əlipənah Rzalı, Xacmazda başqanın müşaviri Ramazan Əliyev, Masallıda Məclis üzvü Rüfət Baxışbəyli  polis idarəsinə çağırılıblar. Onlara kütləvi aksiyaların yolverilməz olması barədə qanunsuz xəbərdarlıq elan edilib. Müsavat başqanının müşaviri Mərdan Mehdili isə Siyəzən polis idarəsində istintaqa cəlb olunub.

bastainfo.com

Bir cavab yazın