Aqil Abbasın ilginc kollajı yayıldı

Deputat Aqil Abbasın hakimiyyəti müdafiə edən çıxışını sosial şəbəkədə fəal olan bir sıra gənclər istehza ilə qarşılayıblar. Bu gün sosial şəbəkələrdə Aqil Abbasın soğan satdığını ifadə edən kollaj paylaşılıb.

Qeyd edık ki, Aqil Abbasın deputat olduğu Ağcabədi rayonunun sakinləri yanvarın 13-də qiymət artımına etiraz edərək aksiya keçirmişdi. Deputat Aqil Abbas da kənd sakinləri görüşmüş, sonra mətbuatda bildirmişdi ki, dövlət çörək istəyən qaçqınların hərəsinə gündə iki dənə pulsuz çörək verir: “Kartları var, çörəyin pulu ora oturdulur. Kəndlilər soğan əkib ailələrini dolandırsınlar”.

Onu da xatırladaq ki, Aqil Abbas Türkiyə-Rusiya qarşıdurması zamanı da Əliyev hakimiyyətinin mövqeyini bütün iqtidar nümayəndələrindən daha fəal müdafiə edərək, Ankaranın Moskvadan üzr istəməsini tələb etmişdi.

bastainfo.com

Bir cavab yazın