Ayrılan milyonlar və ya fövqəladə sınaqdan çıxa bilməyən FHN

“Günəşli” yatağındakı yanğıından ay yarımdan çox bir vaxt keçir. Dekabrın 4-də baş verən güclü tufan 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxardı, nəticədə yanğın baş verdi. Rəsmi məlumatlara görə, hadisə zamanı 32 nəfər xilas edildi, 7 nəfər həlak oldu, 23 nəfər itkin düşdü. Bu, 2015 ci il ərzində baş verən ikinci böyük yanğın idi.

Ondan öncə mayda Azadlıq prospekti, 200/36 ünvanında yerləşən binada baş verən yanğın nəticəsində 15 nəfər dünyasını dəyişdi, 60-dan çox şəxs müxtəlif dərəcəli xəsarətlər aldı. Hər iki hadisədə Fövqəladə Hallar Nazirliyinin (FHN) işi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə mövzusu oldu və tənqid edildi. Ayrıca məsələ həm də 40 gün ötməsinə baxmayaraq, “Günəşli” yatağında yanğının söndürülə bilməməsi ilə bağlıdır. FHN-in mətbuat xidmətindən verilən məlumata əsasən, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün qurum tədbirlərini davam etdirir. Bildirilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri fasiləsiz olaraq özüldəki yanğının söndürülməsi, aidiyyəti qurumlarının qüvvələri isə itkin düşənlərin axtarış işlərini həyata keçirir. Amma sonunda yenə də yanğının söndürülməsi üçün Amerikadan mütəxəssis gətirildiyi də bildirilir.

Fövqəladə Hallar Nazirliyi artıq 10 ilə yaxındır ki, yaradılıb. Kütləvi informasiya vasitələrində mütəmadi nazirliyin kecirdiyi təlimlərlə bağlı xəbərlər verilir. Amma ötən il baş verən yanğınlar təlimlərin yetərli olmadığını göstərdi. Söhbət sadə xilasedicilərin işindən yox, ümumilikdə kompleks xilasetmə işlərinin yetərlizliyindən gedir. Təkcə keçən 6 ildə 4 böyük hadisə – Kür daşqınları, Zaqatala-Balakən bölgəsində zəlzələ, 2015-ci ilin mayında yanan bina və “Günəşli” özülündə yanğın.

Bu hadisələrin ən çox yaratdığı qalmaqallarla bu araşdırmada ortaya çıxan rəqəmləri müqayisə etmək mümkündü.

Öncə bu suala cavab axtaraq: Fövqəladə Hallar Nazirliyinin saxlanması ölkə büdcəsinə nə qədər məbləğə başa gəlir?

Büdcə

Büdcədən FHN-ə ayrılan pulların təyinatı müxtəlifdir. O rəqəmləri cəmləşdirib, son 8 il üzrə ümumiləşdirilmiş rəqəmləri təqdim edək. Nazirliyin yaradılmasından sonra ilk büdcədən ayrılma 112 milyon 536 min 247 manat olub.

Son 5 il ərzində ən çox ayırmalar 2015-ci ildə olub, təxminən 175 milyondan bir qədər artıq. Ümumən 8 ildə isə büdcədən FHN üçün təxminən 8 milyard 39 milyon 688 min 917 manatdan çox pul ayrılıb. İllər üzrə ayrılan vəsaitlə aşağıdakı cədvəldə tanış ola bilərsiz:(meydan tv)

 

bastainfo.com

Bir cavab yazın