Müsavat Sumqayıt şəhər təşkilatının sədrinə xəbərdarlıq edildi

Xəbər verdiyimiz kimi dünən “Basta”ya  Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədrinin Polis idarəsinə dəvət olunması barədə məlumat daxil olmuşdu.  Təşkilatın sədri Fəxrəddin Abbas bu gün hadisə barədə “Basta”ya açıqlama verib. Məlumatı olduğu kimi sizə təqdim edirik

“16.01.2016-cı il tarixdə 16.01.2016-cı il tarixdə Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri olaraq şəhər Baş Polis İdarəsinin Cabir adlı əməliyyat müvəkkili tərəfindən Polis idarəsinə dəvət olunmuşdum. Orada qurumun rəis müavini Süleyman Nemətovun yanına aparıldım. Mənə qəti olaraq xəbərdarlıq edildi ki, Sumqayıtda hər hansı bir aksiya baş versə və orada bircə nəfər müsavatçı iştirak etsə məsuliyyət mənim üzərimə qoyulacaq. Bildirdim ki, Müsavat Partiyası Konstitusiya və qanunlar əsasında fəaliyyət göstərən partiyadır, hər hansı bir aksiya təşkili üçün qanuna uyğun addımlar atılır və aksiyanın məsuliyyətini daşıyırıq. Müsavat Partiyası və onun üzvləri təşkil etmədikləri aksiyalara görə məsuliyyət daşıya bilməz. Etiraz aksiyalarına gəlincə bu insanların indiki dözülməz şəraitlə barışmamazlığının ifadəsidir və bunu xalqın konstitusion haqqı hesab edirik.Bir daha bildirdim ki, biz Partiya və şəhər təşkilatı olaraq hələki kütləvi aksiyalar barədə qərar verməmişik. Belə bir qərar qəbul edildikdə, bununla bağlı Konstitusiyaya və qanuna uyğun olaraq icra orqanlarına rəsmi məlumat veriləcək və aksiyanın təhlükəsizliyinin mühafizəsinin təşkili istəlinəcək. P.S Dünənki olayla bağlı narahatlığını ifadə edən bütün dostlara təşəkkürümü bildirirəm.laraq şəhər Baş Polis İdarəsinin Cabir adlı əməliyyat müvəkkili tərəfindən Polis idarəsinə dəvət olunmuşdum. Orada qurumun rəis müavini Süleyman Nemətovun yanına aparıldım. Mənə qəti olaraq xəbərdarlıq edildi ki, Sumqayıtda hər hansı bir aksiya baş versə və orada bircə nəfər müsavatçı iştirak etsə məsuliyyət mənim üzərimə qoyulacaq. Bildirdim ki, Müsavat Partiyası Konstitusiya və qanunlar əsasında fəaliyyət göstərən partiyadır, hər hansı bir aksiya təşkili üçün qanuna uyğun addımlar atılır və aksiyanın məsuliyyətini daşıyırıq. Müsavat Partiyası və onun üzvləri təşkil etmədikləri aksiyalara görə məsuliyyət daşıya bilməz. Etiraz aksiyalarına gəlincə bu insanların indiki dözülməz şəraitlə barışmamazlığının ifadəsidir və bunu xalqın konstitusion haqqı hesab edirik.Bir daha bildirdim ki, biz Partiya və şəhər təşkilatı olaraq hələki kütləvi aksiyalar barədə qərar verməmişik. Belə bir qərar qəbul edildikdə, bununla bağlı Konstitusiyaya və qanuna uyğun olaraq icra orqanlarına rəsmi məlumat veriləcək və aksiyanın təhlükəsizliyinin mühafizəsinin təşkili istəlinəcək. P.S Dünənki olayla bağlı narahatlığını ifadə edən bütün dostlara təşəkkürümü bildirirəm.”

 

Bastainfo.com

Bir cavab yazın