Bəli, mən Müsavatam! – Video

Odlar yurdu od elində bir evim var, bircə odam,
Mən Azadlıq yollarında addımlayan Musavatam !!

Şərqdən doğan bir günəşəm, bu torpağa nur saçacam,
Vətənimin səması tünd, o səmanı ağardacam
Millətimi bu zindandan özüm qalxıb çıxardacam,
Zaman küskün – Haqqım yoxdur, mürgüləyib mən də yatam
Mən Azadlıq yollarında addımlayan Musavatam !!

O mayakı mənim babam yandırıbdır – Sönə bilməz
O işıqda gedənlər çox, yollarından dönə bilməz
O elə bir ucalıqdır, ordan kimsə enə bilməz,
Uzatmışam əllərimi, az qalıbdır haqqa çatam
Mən Azadlıq yollarında addımlayan Musavatam !!

Hürriyyətin çarçısıyam, damarımda haman o qan,
Bu sevdayla torpaqlara üç söz deyib gömən o can :
“Sən mənimsən Azərbaycan, Azərbaycan, Azərbaycan”
Rəsulzadə məktəbində bu dərsləri verdi atam
Mən Azadlıq yollarında addımlayan Musavatam !!

Meydanlara səsləyirəm ərənləri – Qalxın görək !
Mənim xalqım bir ummandır, qarşısında duran gərək
Qoy çırpınsın Qara dəniz, Türk elində coşsun ürək,
Ay ulduzlu al bayrağı bayrağımla birgə tutam,
Mən Azadlıq yollarında addımlayan Musavatam !!

Millətimin haqqı çatır dadsın şirin büsatları,
Silahlanın, qılınc çəkin, yəhərləyin ağ atları
Ölməmişəm, düşmən gəlib təslim etsin elatları,
İşğaldakı torpağımı torpağıma alıb qatam
Mən Azadlıq yollarında addımlayan Musavatam !!
Mən Azadlıq yollarında addımlayan Musavatam !!

Mirzə Sakit

Bir cavab yazın