Etirazlar səmərə verir – müəllimlərin maaşı 10 faiz artırıldı

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında İlham Əliyev sərəncam imzalayıb.
Arqument.Az xəbər verir ki, sərəncam deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Müşahidəçilər qeyd edir ki,  hakimiyyət ötən həftə ərzində rayonlarda baş qaldıran etirazların fonunda maaş artımına qərar verməyə məcbur olub. Ehtimal olunur ki, qarşıdakı günlərdə digər peşə sahiblərinin də maaşları 10 faiz artırılacaq.
Bununla belə indiki 100 faizlik bahalaşmanın müqabilində 10 faizlik maaş artımının sosial qərginliyi azaldacagı inandırıcı görünmür.
Bastainfo.com  

Bir cavab yazın