Fuad Qəhrəmanlı sənədləri imzalamaqdan imtina etdi

Bu gün Kürdəxanı istintaq təcridxanasında AXCP sədrini müavini, vicdan məhbusu Fuad Qəhrəmanlı ilə bağlı istintaq hərəkəti aparılıb. Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib. Nemət Kərimli bildirib ki, Fuad Qəhrəmanlının işi Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi ilə eyni icraatda aparılır.

Vəkil bildirib ki, bu gün Fuad Qəhrəmanlıya həmin cinayət işi üzürə digər təqsirləndirilən şəxslər barədə olan müxtəlif ekspertizaların keçirilməsi barədə qərarlar və rəylər elan olunub: “Bu qərarlar və rəylər ona aid olmadığı üçün Fuad Qəıhrəmanlı onları imzalamaqdan imtina etdi”.

bastainfo.com

 

Bir cavab yazın