Jurnalistin evi qarət edildi: “Nişan üzüyümü də aparıblar”

AzVision.az saytının siyasət müxbiri Elvin Abdulqədirovun Bakının Binə qəsəbəsində yerləşən mənzili qarət olunub.

Əməkdaşımızın bildirdiyinə görə, hadisə dünən axşam saatlarında baş verib.

Mənzildən ümumi dəyəri 3 min manat olan qızıl-zinət əşyaları, televizor, kompüter, planşet və nağd pul oğurlanıb.

Evdə heç kimin olmadığını fürsət bilən oğrular jurnalistin və həyat yoldaşının nişan üzüyünü də aparıblar.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktlar bağlı araşdırma aparılır.

Jurnalist Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinə müraciət edərək, cinayətkarların tezliklə tapılmasını xahiş edib.

Qeyd edək ki, Binə qəsəbəsində son 10 gün ərzində 2 mənzil və bir ərzaq mağazasından oğurluq edilib. Sakinlər oğurluq hallarının artmasından narahat olduqlarını bildiriblər.

AzVision.az

Bir cavab yazın