Sahib Kərimli: “Sosial narazılıqlar artan xətlə davam edəcək”

Sahib Kərimli özünün feysbuk səhifəsində Milli Məclisin sədri Oqtay Əsədov haqqında sərt açıqlama ilə çıxış edib: “Son hadisələr, yanaşmalar onu göstərir ki, dövlət hakimiyyəti böhrandadı. Oqtay Əsədov, keçmişi Azərsu korrupsiyaları ilə zəngin, parlamentin mahiyyətini dərk edə bilməyəcək qədər savadsız adamdır”.

Sahib Kərimli həmçinin qeyd edib ki, müxalifət mitinqlər məsələsində tələskinliyə yol verməməlidir: “Sosial narazılıqlar artan xətlə davam edəcək. Müxalifət tələsmədən əlverişli durumu gözləyib, etirazları siyasi müstəviyə keçirməlidir. İlkin tələb cəmiyyətə aydın izah edilsə ciddi dəstək görəcək. Parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi tələbiylə təyin olunan birinci icazəli mitinqə, xalqın dəstək vermə ehtimalı böyükdür. Və beləcə ölkədə real islahatlar başlaya bilər.

bastainfo.com

Bir cavab yazın