20 Yanvar faciəsindən 26 il ötdü

Yanvarın 20-də Azərbaycan Qara yanvar faciəsinin 26-cı ildönümünü anır.

Keçmiş Sovet rejimi 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq üçün Bakıya qoşun yeritdi.

Əməliyyat zamanı 130-dan çox adam öldürüldü, 700-dən çox adam yaralandı. Bu, rus-sovet imperiyasını qorumağa çalışan kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi cinayəti idi.

Hər il yanvarın 20-də Bakı və ölkənin bütün bölgələrində bu qanlı hadisələrdə ölənlərin xatirəsi anılır, Bakıdakı Şəhidlər Xiyabanına yüz minlərlə insan axışır.

bastainfo.com

One thought on “20 Yanvar faciəsindən 26 il ötdü

Bir cavab yazın