Arif Hacılı müşavirlərinə nə tapşırdı?

Yanvarın 20-də Müsavat başqanı Arif Hacılı öz müşavirləri ilə toplantı keçirib. Müsavat Partiyasından “Basta”ya verilən məlumatda bildirilir ki, toplantıda müşavirlər bölgələrdəki vəziyyət barədə məlumat veriblər.

İclasda həmçinin, respublikadakı ictimai-siyasi vəziyyət, rayon təşkilatlarının fəaliyyəti, qarşıda duran vəzifələr müzakirə edilib. Arif Hacılı müşavirlərə partiyanın fəaliyyətinin gücləndirilməsi və təsir imkanlarının artırılması ilə bağlı konkret tapşırıqlar verib.

bastainfo.com

Bir cavab yazın