Azərbaycanlı general “donuz qripi”ndən öldü – Yenilənib

Ukraynada yaşayan azərbaycanlı general-mayor Namiq Soltanov “donuz qripi”ndən vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı qaynar.info yayıb. Sayt yazır ki, Namiq Soltanovun oğlu idmançıdır və Gürcüstanda keçirilən yarışa qatılıb. O, bu ölkədə “donuz qripi”nə yoluxub.

Bundan xəbər tutan Namiq Soltanov Gürcüstana yollanaraq oğlunu Ukraynaya aparıb və müalicə etdirib. Oğlu sağalsa da, bu dəfə general-mayor özü “donuz qripi”nə yoluxub.

Təəssüf ki, həkimlər onun həyatını xilas edə bilməyib və ötən gün vəfat edib.

Namiq Soltanov Salyan rayonunda dünyaya gəlib. Onun xəstəliyə yoluxduğunu eşidən Azərbaycandakı qohumları Ukraynaya yollanıb. Lakin yaxınlarına xəstə ilə görüş icazəsi verilməyib.

***

Mərhumun atası Arif kişinin virtualaz.org-a verdiyi məlumata görə, oğlunun həyat yoldaşı ukraynalı olduğundan mərhum sabah Mogilyov şəhərində dəfn olunacaq, artıq mərasimdə iştirak üçün yaxın qohumlar Ukraynaya yola düşüblər.

Bakıda isə sabah Təzə Pir Məscidində yas mərasimi təşkil olunacaq.

25-ilə yaxın idi ki, Ukraynanın Mogilyov vilayətində yaşayırdı, ukraynalı xanımla ailə həyatı qurmuşdu.

O, Kiyev Ali Hərbi Məktəbini bitirmişdi, Ukrayna ordusunda general-mayor rütbəsində qulluq edirdi. Ötən ilin noyabr ayında keçirilmiş seçkilərdə isə Mogilyov-Podolsk dairəsindən deputat seçilmişdi.

 

bastainfo.com

Bir cavab yazın