Müsavat Bakıda və bölgələrdə şəhidləri ziyarət etdi – Fotolar

Bu gün Müsavat rəhbərliyi və partiyanın fəallırı Şəhidlər Xiyabanını ziyarət ediblər. Bu gün həmçinin bir sıra rayon və şəhərlərdə də Şəhidlərin qəbirləri yerli müsavatçılar tərəfindən ziyarət edilib.

 

Masallı

Masallı rayonunda Müsavatın yerli təşkilatın rəhbərliyi Şəhidlərin xatirəsinə ucaldılmış kompleksi ziyarət ediblər, şəhidlərin xatirəsini yad edib gül dəstələri qoyublar.

Şirvan

Müsavat Partiyası Şirvan şəhər təşkilatının rəhbərliyi və fəalları Şirvan şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərimizin ruhunu yad edib, qəbirlərinə gül dəstələri qpyublar.

Cəlilabad

Yanvarın 20-də səhər saat 10-da Müsavat Partiyasının Cəlilabad təşkilatının ofisi polis tərəfindən mühasirəyə alınıb. Hər il yanvarın 20-də müsavatçılar Cəlilabaddakı Şəhidlər Xiyabanını ziyarət edirlər. Bu gün də yürüşlə Şəhidlər Xiyabanını ziyarət etmək barədə qərar qəbul olunub. Əhalinin onlara qoşulacağını bilən hakimiyyət bunun qarşısını almaq istəyib.

Aldığımız son məlumata görə, polis müsavatçıların Şəhidlər xiyabanına bir yerdə getməsinə imkan verməyib. Bu səbəbdən müsavatçıllar gün ərzində kiçik qruplar şəklində şəhidləri ziyarət etmək qərarına gəliblər. Bundan sonra qərargahı mühasirədə saxlayan polslərin bir qismi buradan uzaqlaşıb.

Bu gün həmçinin Gəncə şəhərində, Füzuli,  Zaqatala və digər rayonlarda da müsavatçılar Şəhidlərimizin qəbirlərini ziyarət ediblər. Gün ərzində bizə göndərilən fotoları təqdim edəcəyik.

Mustafa Hacıbəyli, bastainfo.com

Bir cavab yazın