Fuad Qəhrəmanlının azad olunması üçün vəsatət verildi

nemat 3Vəkil Nemət Kərimli AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustlağı ilə əvəz olunması barədə vəsatət qaldırıb. Nemət Kərimlinin “Basta”ya verdiyi məlumata görə, vəsatət bu gün Nəsimi Rayon Məhkəməsinə təqdim olunub.

Xatırladaq ki, Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1-ci (dövlət hakimiyyətiəleyhinə çağırışlar etmə) və 283.2.1-ci (zor tətbiq etmə hədəsilə milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələrilə təqsirləndirilir.

Baş Prokurorluq F.Qəhrəmanlının həbsi barədə yaydığı məlumatda deyilir ki, guya onun “facebook” səhifəsində vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırdığı, islam dininin müxtəlif təriqətləri arasında nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsinə dair sübutlar toplanıb.

Göründüyü kimi, Baş Prokurorluq açıqlamasında açıq etiraf edir ki, F.Qəhrəmanlı hansısa konkret cinayət əməlinə görə yox, fikirlərinə, hakimiyyətə yönəlik tənqidi yazılarına görə həbs edilib.

bastainfo.com

Bir cavab yazın