Müsavatın yeni planı açıqlandı: “2016 – dəyişikliklər üçün mühüm il”

Müsavatın Divanı partiyanın 2016-cı il üçün fəaliyyət planını təsdiqləyib. Mətbuat xidmətindən yayılan sənəddə deyilir ki, Müsavat 2016-cı ili dəyişikliklər üçün mühüm il elan edir:

“Son illər hakimiyyətin apardığı yarıtmaz siyasət nəticəsində Azərbaycan dövləti bir tərəfdən beynəlxalq aləmdən, mütərəqqi dünyadan təcrid vəziyyətinə gətirilib, digər tərəfdən isə dərin iqtisadi böhranla üzləşib. Bu cür siyasətin məntiqi nəticəsi olaraq Əliyev hakimiyyətinə qarşı həm beynəlxalq birliyin, həm də ölkə ictimaiyyətinin təzyiqi artmaqdadır. Hadisələrin inkişafı göstərir ki, Azərbaycanda vəziyyətin dəyişməsi labüddür və bu dəyişikliklərin məhz 2016-cı ildə baş verəcəyini düşünmək üçün ciddi əsaslar var. Müsavat Partiyası bu dəyişikliklərin dövlətimizin və cəmiyyətimizin mənafeyinə uyğun olması üçün bir sıra tədbirlərin həyata keçirilməsini vacib sayaraq 2016-cı ili dəyişikliklər üçün mühüm il elan edir”.

Fəaliyyət planında partiyanın strukturları arasında iş bölügüsü aparılıb, təxmini təqvim müəyyən olunub, fəaliyyət istiqamətləri və görüləcək işlər sadalanıb. O cümlədən:

1. Siyasi strategiyanın hazırlanması

  • Partiyanın yaxın dövrə vizyonunun dəqiqləşdirilməsi; dərinləşən iqtisadi-siyasi böhran dövrünün əhatəli təhlili; dinc mübarizənin sistemləşdırılməsi istiqamətində elektoral resursun səfərbər edilməsi məqsədilə yerli strukturlarınmöhkəmləndirilməsi; demokratik təşkilatların vahid hədəf uğrunda konsalidasiyasının təşkili; regionda və dünyada gedən proseslərin Azərbaycanın maraqlarına faydalı və zərərli nəticələrinin analizi və müxtəlif güc mərkəzlərinin hədəflərinin proqnozlaşdırılması; ölkədə demokratiyanın bərqərar olması üçün aparılan prinsipial mübarizənin daha da gücləndirilməsi məqsədilə yeni siyasi konsepsiyasının və strateji planın hazırlanması;

2. Siyasi məhbuslar məsələsinə dair

  • Hakimiyyətin insan hüquq və azadlıqlarına qarşı basqısı və müxalifət nümayəndələrinə, jurnalistlərə, vətəndaş cəmiyyətinə qarşı tətbiq etdiyi repressiya siyasəti haqda hesabatların hazırlanması; siyasi və vicdan məhbuslarının azadlığa çıxması uğrunda mübarizənin gücləndirilməsi. Ölkəmizdə insan haqlarınının acınaqcaqlı vəziyyətinin aradan qaldırılması uğrunda aparılan ardıcıl mübarizənin daha da gücləndirilməsi və mübarizənin uğur qazanması üçün yeni siyasi üsulların tətbiq edilməsi;

3. Hakimiyyətin iqtisadi siyasətinin iflasına dair fktların toplanılması, tədqiq edilməsi, qiymətləndirilməsi

  • Rejimin korrupsiya əməllərinin ifşa edilməsi, ölkənin milli sərvətlərinin, neft gəlirlərindən daxil olan valyuta ehtiyatlarının meqakorrupsiya yoluyla mənimsənilməsinin önlənməsi işinə ictimai diqqətin artırılması və ictimai nəzarətin yaradılması istiqamətində fəaliyyət göstərilməsi. Hakimiyyətin korrupsiya siyasətinin girovuna çevrilmiş ölkə iqtisadiyatını yaxalayan və qaçılmaz olan iqtisadi böhranın təsirlərinin azaldılması üçün böhrandan çıxış yollarının araşdırılması. Zəruri iqtisadi-siyasi islahatlar barədə təkliflərin hazırlanıb təqdim edilməsi; Bu təkliflərin həyata keçirilməsinə höküməti vadar etmək üçün təsirli müxanizmlərin hazırlanıb tətbiq edilməsi;

4. İqtidarın fəaliyyətinin analiz edilməsi, qiymətləndirilməsi və alternativ layihələrin hazırlanması

  • Müsavat Partiyasının İqtisadiyyata və siyasi fəaliyyətə aid proqramlarının təkmilləşdirilməsi; Azərbaycanın uğurlu inkişaf modelinin, firavan cəmiyyətin yaradılması məqsədilə yeni programların; təkmil idəriçilik, struktoral və institutsional islahatlar paketinin; Regionun geosiyasi təhlili, Azərbaycan üçün geostrateji imkan və təhdidlərin analizi və buna uyğun avrointeqrasiya istiqamətli iqtisadi- siyasət konsepsiyasının hazırlanması;

5. Partiya quruculuğu

  • Partiyanın siyasi təsir imkanlarının gücləndirilməsi, cəmiyyətin siyasi fəallığının artırılmasına nail olmağın yeni üsulların araşdırılması və tətbiq edilməsi; Bu məqsədlə tədbirlər planı hazırlamaq və həyata keçirmək; Yerli strukturların möhkəmləndirməsi, yeni üzvlərin qəbulu, gənclərin və qadınların partiya sıralarına cəlb edilməsi işinin yaxşılaşdırılması;

6. Siyasi əlaqələrin genişləndirilməsi

  • Ölkədə fəaliyyət göstərən müxalifət partiyaları, ictimai təşkilatlar, birliklər, gənclər, ziyalılar və digər qurumlarla yaradılmış səmərəli əməkdaşlıq mühitinin inkişaf etdirilməsi; İictimaiyyətlə, o cümlədən, vətəndaş cəmiyyəti institutlarıyla, ayrı-ayrı sosial tə- bəqələrin və qrupların nümayəndələriylə əlaqələrin genişləndirilməsi, vətəndaş- ların siyasi proseslərdə iştirakının artırılması yönündə fəaliyyət göstərilməsi;

7. Funksional əməkdaşlıq və müttəfiqlik münasibətlərinə dair partiyanın siyasətinin elan edilməsi

  • 1. Azərbaycan Dövlətini təhdid edən başlıca problemlərlə baglı bütün siyasi qüvvələrlə funksional əməkdaşlığa açıq olmaq;
  • 2. Azərbaycanın demokratik inkişafı, demokratiya və insan haqları məsələsində siyasəti Müsavat Partiyasının siyasətiylə əsasən üst-üstə düşən siyasi qüvvələrlə hərtərəfli əməkdaşlığa nail olmaq;
  • 3. Avtoritarizmdən demokratiyaya keçid siyasətində strateji hədəfləri Müsavat Partiyasının strateji hədəfləriylə tam üst-üstə düşən siyasi qüvvələrlə bərabərhüquqlu müttəfiqlik münasibətlərini inkişaf etdirmək və bu münasibətləri rəsmiləşdirmək;

8. Media və sosial şəbəkələr

  • Yerli və beynəlxalq KİV-lərlə əlaqələrinin genişləndirilməsi, Müsavat ideologiyasının, milli məfkurə və liberal demokratik siyasi xəttin geniş təqdimatı və təbliği; Avtoritar hakimiyyətin xalqa zidd siyasətinin hərtərəfli və əsaslı təhlilinin geniş kütlələrə çatdırılması və xalqla ünsiyyətin mətbuat vasitəsilə daha geniş şəkildə qurulmasına nail olmaq;

9. Beynəlxalq münasibətlər və xarici əlaqələr

  • Partiyanın xarici əlaqələrinin səmərəliliyinin artırılması istiqamətində fəaliyyə- tin gücləndirilməsi, xarici ölkələrdə, o cümlədən postsovet respublikalarında, həmçinin Türkiyədə və Avropa ölkələrində yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi. Müsavat Partiyasının daxil olduğu Avropa Liberal Demokrat Partiyaları İttifaqının imkanlarından Azərbaycanın milli mənafeləri, o cümlədən ölkəmizdə demokratik dəyərlərin müdafiəsi və inkişafı üçün istifadə edilməsi, həmin quruma daxil olan siyasi partiyalarla əlaqələrin daha da inkişaf etdirilməsi. Postsovet məkanı ölkələri xalqlarının Avroatlantik məkana inteqrasiya istiqamətində apardıqları mübarizəyə dəstək verilməsi; Qafqazın demokratikləşdirilməsi uğrunda “Potsdam prosesi”nin davam etdirilməsi; GUAM-a Türkiyənin də qoşulması durumunda təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində səyləri artırmaq; Azərbaycanın milli problemlərinin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin milli maraqlara və beynəlxalq hüquq normalarına uyğun olaraq həlli prosesinə dəstək verilməsi, münaqişənin həlli üçün aparılan danışıqların milli maraqlarımıza və beynəlxalq hüquq normalarına zidd istiqamətdə getdiyi halda isə ictimai-siyasi müqavimətin təşkil edilməsi; Azadlıq və demokratiyaya real beynəlxalq ictimai dəstəyin təmin olunması üçün demokratiyanın inkişafına dəstək verən beynəlxalq qurumlarla əlaqələrin inkişaf etdirilməsi; Beynəlxalq münasibətlər və xarici əlaqələr zamanı: Azərbaycan dövlətinin suverenliyi, dünyəviliyi, cəmiyyətin demokratikliyi; ölkədə bərabər siyasi rəqabət şəraiti yaradılması; siyasi və vicdan məhbuslarının dərhal azadlığa buraxılması; fundamental hüquq və azadlıqların təmin edilməsi və azad-ədalətli seçkilərin keçirilməsinə dünya ictimaiyyətinin diqqətinin artırılması kimi vacib məqamların prioritet olması. Beynəlxalq təhlükəsizlik sisteminin yeni şərtlərinin və movcud geosiyasi vəziyyətin analizi əsasında partiyanın xarici siyasət programının təkmilləşdirilməsi;

Qeyd edək ki, bu sənəd Məclisin 26 dekabr tarixli sessiyasında əsasən qəbul olunub müzakirələrdə irəli sürülən təkliflər də nəzərə alınmaqla Divan tərəfindən təsdiqlənib. 

Bastainfo.com

 

 

Bir cavab yazın