Mustafa Cəmiloğlu barəsində həbs qətimkan tədbiri seçildi

Simferopol məhkəməsi qiyabi olaraq Krım tatarlarının lideri Mustafa Cəmiloğlunun həbsi barədə qərar verib.
 
Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Cəmil Temişev deyib.
Musatafa Cəmiloğluna qarşı  Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayə işi açılıb və bunun nəticəsində Simferopol məhkəməsi qiyabi olaraq onun həbs olunması barədə qərar çıxarıb və onun barəsində axtarış elan olunub.
Qeyd edək ki, sovet hakimiyyəti illərində Mustafa Cəmiloğlu 6 dəfə mühakimə olunub.
bastainfo.com

Bir cavab yazın