Polis Sarayda əməliyyat keçirdi – Saxlanılanlar var

Bir az əvvəlModerator.az – a Abşeron rayonu Saray qəsəbəsində polisin kütləvi həbslər həyata keçirməsiylə bağlı qəsəbə sakinlərindən məlumat daxil olub.

Bildirilir ki, bir qrup qəsəbə sakini bahalaşmaya və prezidentin göstərişindən sonra da qiymətlərin aşağı salınmamasına etiraz əlaməti olaraq qəsəbənin ortasına toplaşaraq narazılıqlarını ifadə ediblər. Bu zaman əraziyə cəlb olunmuş polis əməkdaşları bir neçə qəsəbə sakinini saxlayaraq özləri ilə aparıblar.
Gecə saatları olduğundan xəbəri rəsmi dövlət qurumları ilə dəqiqləşdirə bilmədik. Ümid edirik ki, sabah polis və müvafiq icra strukturları yayılmış bu  xəbərə aydınlıq gətirəcəklər.Moderator.az
bastainfo.com

Bir cavab yazın