Saray qəsəbəsində əhali ayağa qalxdı – Yenilənib

“Sarayda millət ayaq üstədir. Gecə burda aksiya oldu, insanlar bahalaşmaya etiraz etdi. Azı min adam vardı. Amma polis gəlib aksiyanı dağıltdı. Bu zorakılığın baş verdiyi ərazidə bütün təhlükəsizlik kameraları sındrıldı”. Bu  sözləri “Basta”ya Saray sakinlərindən biri deyib.

Bundan əvvəl verilən məlumatlarda bildirilirdi ki, Abşeron rayonunun Saray qəsəbəsində bir qrup sakin bahalaşmaya və prezidentin göstərişindən sonra da qiymətlərin aşağı salınmamasına etiraz əlaməti olaraq qəsəbənin ortasına toplaşaraq narazılıqlarını ifadə ediblər.

Mənbə bildirir ki, təqribən bir həftədir ki, Saray qəsəbəsinin sakinləri etiraz aksiyasına hazırlaşırlarmış. Amma yerli məmurlar yaxın günlərdə qiymətlərin yenidən ucuzlaşacagını deyərək, narazıları aksiya fikrindən daşındırırmış. İndi qəsəbə sakinlərin tələbləri sırasına həbs olunanların azadlığa buraxılması tələbi də əlavə olunub.

bastainfo.com

Bir cavab yazın