“Selfie” çəkən gənc qız YAP rəhbərliyini nəzərə almadı – Foto

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı Şəhidlər Xiyabanında anım mərasimi zamanı hərbi geyimdə və eynəkli gənc xanımın “selfie” çəkdirməsi sosial şəbəkələrin əsas mövzularındandır.

Gün.Az xəbər verir ki, kimliyi hələ də bilinməyən, həmçinin, hərbçi olub-olmadığı da məlum olmayan həmin gənc qızın bəzi “Facebook” istifadəçiləri tətəfindən şəhid qızı olduğu bildirilib.
Ancaq müzakirələr zamanı bir çoxları tərəfindən də bu gənc qızın şəhid qızı olmadığı vurğulanıb.
Qeyd edək ki, yayılmış şəkillərdən aydın görünür ki, həmin gənc qız “selfie” edərkən ondan arxada dayananları, izdihamı da nəzərə almayıb.
Arxada dayananlar isə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov, həmin partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov və digər sıravi hakim partiya təmsilçiləridir və şəkillərdən aşkar hiss edilir ki, onlar da həmin xanımın bu hərəkətindən təəccübləniblər.

Bir cavab yazın